“Bakı” klubu avrokuboklardan kənarlaşdırıla bilər

“Bakı” klubu avrokuboklardan kənarlaşdırıla bilər
# 23 avqust 2012 13:48 (UTC +04:00)
Bakı – APA. “Bakı” klubunun CEV kubokuna qatılmayacağı halda, Avropa Voleybol Konfederasiyasına (CEV) ödəyəcəyi cərimənin məbləği bilinib. Apasport.az saytının məlumatına görə, dağılmaq təhlükəsi ilə üzləşən paytaxtın eyni adlı təmsilçisini CEV əsasnaməsinə uyğun olaraq, 7 min avro ziyana düşəcək.

Belə ki, CEV-in qaydalarına əsasən iştirak üçün sifariş verən klub püşkatmadan sonra yarışa qatılmırsa, bu qədər cərimə ödəməlidir. Əgər “Bakı” hələ püşkatmadan əvvəl CEV kubokundan imtina etsə idi, bu məbləğ 5 dəfə az – 1400 avro olacaqdı. Lakin paytaxt klubu avrokuboklara qatılıb, 1/4 finala qədər irəliləsəydi və bundan sonra oynamaqdan boyun qaçırsaydı, cərimə daha yüksək həddə çatacaqdı – 10 min avro.

Bununla yanaşı, komandanı ən azı 3 il avrokuboklardan kənarlaşdırılması da qaçılmaz olacaq. “Bakı”dan əlavə Azərbaycan Voleybol Federasiyası da cəzaya məruz qalacaq. Bunun məbləğini isə CEV açıqlayacaq.

Lakin CEV kubokunun 1/16 final mərhələsində Sloveniya “Maribor”u ilə qarşılaşacaq “Çelenc Cup”ın hələ komanda qurmaq üçün kifayət qədər vaxtı var. Çünki “Bakı” ilk matçına oktyabrın 23-25-i aralığında çıxmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR