Goranboy sakini elektrik dirəyindən yıxılaraq ölüb

Goranboy sakini elektrik dirəyindən yıxılaraq ölüb
# 19 sentyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Goranboy sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gün rayonun Binəqədi qəsəbəsi, Yeni Yaşayış sahəsində qeydə alınıb. Mənzillərdən birinə elektrik xətti çəkilişi zamanı, Goranboy rayon sakini, 1991-ci il təvəllüdlü Aslanov Nahid Vahid oğlu elektrik dirəyindən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR