Balakəndə mənzildə tapılan meyitin üzərində xəsarət aşkarlanıb

Balakəndə mənzildə tapılan meyitin üzərində xəsarət aşkarlanıb
# 08 oktyabr 2012 09:23 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakəndə evdə tapılan meyitin üzərində xəsarət açıqlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Balakən rayonunun Mahamalar kəndində kənd sakini Ramazan Quliyevin baş nahiyəsində döymə xarakterli xəsarəti olan meyiti evində tapılıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

APA-nın Şəki-Zaqatala bürosunun yaydığı məlumata görə, isə Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) növbətçi həkimi çağırışla rayonun Mahmalar kənd sakini, 1954-cü il təvəllüdlü Quliyev Ramazan Şahruddin oğlunun yaşadığı evə gedib. Həkim evə daxil olan zaman 58 yaşlı Ramazan Quliyevin meyitini aşkar edib.

Ramazan Quliyevin meyiti Balakən MRX-a aparılıb. Məlumatda o da bildirilir ki, Ramazan Quliyevin meyiti aşkar edilən zaman onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb.

Hazırda Balakən rayon hüquq-mühafizə orqanları tərəfindən Ramazan Quliyevin hansı şəraitdə ölməsi araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR