Sentyabrın 15-dən Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlanacaq
07 sentyabr 2012 09:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq TQDK-da dərsliklərlə əlaqədar şöbə formalaşıb, bu şöbəyə işçilərin qəbulu üçün müsabiqə elan edilib. Yaxın günlərdə şöbəyə müdir təyin olunacaq. Şöbəyə işçilərin qəbulu üçün imtahan keçirilənə qədər mütəxəssislər müqavilə əsasında işə cəlb olunacaqlar: “Yeni dərs ili başlayan kimi bu şöbənin də fəaliyyəti başlayacaq. Elə o zamandan da dərsliklərin monitorinqinə start veriləcək. Artıq biz məktublarla müraciət edərək bu il buraxılan bütün dərsliklərin TQDK-ya təhvil verilməsini xahiş etmişik. Onların üzərində ekspertlər işə başlayacaqlar”.
Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024