ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası Dublində keçiriləcək

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası Dublində keçiriləcək
# 30 oktyabr 2012 21:42 (UTC +04:00)
APA-nın osce.org saytına istinadən verdiyi xəbərə görə, iclas ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri İmana Gilmorun dəvəti ilə keçiriləcək.

Görüşdə nazirlər ATƏT-in 2012-ci ildəki fəaliyyətini müzakirə edəcəklər və təhlükəsizliyə dair məsələlərə öz nöqteyi-nəzərlərini bildirəcəklər.

Bu iclasda İrlandiya növbəti ildə təşkilata sədrliyi Ukraynaya təhvil verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR