MTRŞ sədri: “Ölkədə yeni telekanal və radiostansiyaların açılmasına hazırlıq gedir”

MTRŞ sədri: “Ölkədə yeni telekanal  və radiostansiyaların açılmasına hazırlıq  gedir”
# 03 oktyabr 2012 15:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda telekanalları sayı yetərinsə olsa da, hesab edirik ki, biz dayanmamalıyıq. Ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılmasını dəstəkləməliyik. Bununla bağlı artıq hazırlıq işlərinə başlanıb”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli xüsusən regionlarda yeni telekanalların və radiostansiyaların açılmasına böyük ehtiyac olduğunu vurğulayıb: “Azərbaycanda televiziya sahəsində həm ümumrespublika, həm də regional yayımçılar var. Amma radiostansiyalar sahəsində regional yayımçılar yoxdur. Bununla bağlı dönüş yaratmaq istəyirik. Yaxın vaxtlarda bununla bağlı müsabiqə elan olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR