İran paytaxtında kütləvi etiraz aksiyası keçirilib - FOTO

İran paytaxtında kütləvi etiraz aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 03 oktyabr 2012 14:34 (UTC +04:00)
APA-nın məlumatına görə, paytaxtın ən böyük bazarlarından biri olan Tehran Böyük Bazarında ticarətlə məşğul olan şəxslər piket keçiriblər. İranda iqtisadi vəziyyətin ağırlaşmasına, xarici valyutanın bahalaşmasına etiraz edən aksiya iştirakçıları “Xalqı aldadan dövlətə ölüm olsun!”, “Xain Mahmud, bizi avara etdin!”, “Mahmud həya et, siyasətdən get” kimi şüarlar da səsləndiriblər. Piketə müdaxilə edən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib. Həbs edilənlərin olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, İranda son bir ildə ABŞ dollarının qiyməti 3 dəfə bahalaşıb. Ötən il bir dollar 1200 tümənə dəyişdirilirdisə, hazırda qara bazarda bir dollar 4 min tümənə dəyişdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR