NATO baş katibinin müavini: “Qəbələ RLS-dən Rusiya ilə birgə istifadə raketlərin tutulması potensialını əhəmiyyətli dərəcədə artıra bilər”

NATO baş katibinin müavini: “Qəbələ RLS-dən Rusiya ilə birgə istifadə raketlərin tutulması potensialını əhəmiyyətli dərəcədə artıra bilər”
# 03 may 2012 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri NATO baş katibinin müavini Aleksandr Verşbou “Exo Moskvı” radiostansiyasının efirində deyib. O qeyd edib ki, Rusiya əvvəlcə stansiyanın icarəsinə dair Azərbaycanla danışıqları başa çatdırmalıdır.

“Əgər Rusiyanın istədiyi kimi modernləşsə, biz bu radiolokasiya stansiyasının NATO sistemi ilə uyğunlaşmasında maraqlıyıq. Bu sahədə əməkdaşlıq hər iki tərəf üçün sərfəli ola bilər. Bununla hər iki tərəfdən raketlərin tutulması potensialını əhəmiyyətli dərəcədə artırmış olarıq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR