Saxta diplomların qarşısının alınması üçün diplom bazası yaradılacaq

Saxta diplomların qarşısının alınması üçün diplom bazası yaradılacaq
# 16 fevral 2012 08:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda saxta diplomların qarşısının alınması üçün diplom bazası yaradılacaq. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, məqsəd saxta diplom əldə edərək işləyənlərin qarşısını almaqdır: “Hamı anlayacaq ki, oxuyub diplom almaq və bundan sonra fəaliyyətə başlamaq lazımdır. Yəni həm saxta diplom almaq arzusunda olanlar, həm də onu vermək istəyənlər çəkilib ellərində oturacaqlar və işlər qaydasına düşəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR