Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 21% azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 21% azalıb
# 26 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin doqquz ayı ilə müqayisədə 3,9% artaraq 16,7 mln. ton olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, orta hesabla sutkada 672 vaqon yüklənib, 557 vaqon boşaldılıb: «Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 26,6 min ton, Qərb istiqaməti üzrə 6,3 min ton və Cənub istiqaməti üzrə 4,2 min ton yüklənmə işi yerinə yetirilib. Hesabat dövründə yük dövriyyəsi 4,5% artaraq 6 029,7 mln. ton-km təşkil edib».

Bununla yanaşı, cari ilin ilk doqquz ayı ərzində dəmir yolu nəqliyyatı ilə 2 075,6 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 20,9% azdır. Hesabat dövründə sərnişin dövriyyəsi 10,4% azalaraq 448,9 mln. sərnişin-km təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR