Bakıda Azərbaycan-Hollandiya biznes-forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Hollandiya biznes-forumu keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 sentyabr 2012 09:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Hollandiya biznes-forumu işə başlayıb.

APA-Economics”in xəbərinə görə, forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 60-dək şirkət iştirak edir ki, bunun da 48-i Azərbaycan, qalanları Hollandiya şirkətidir.

Tədbirdə Azərbaycan və Hollandiyanın iqtisadi və investisiya imkanları nümayiş olunub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) rəhbəri Rüfət Məmmədov bildirib ki, Hollandiya iqtisadi əməkdaşlıq baxımından Azərbaycan üçün prioritet ölkələrdən biridir. O qeyd edib ki, ənənəvi olaraq “Nou Hau”ların geniş tətbiq olunduğu Hollandiya ilə əməkdaşlıq qeyri-neft sektorunu inkişaf etdirmək niyyətində olan Azərbaycan üçün faydalıdır.

Daha sonra “Azpromo”nun investisiyaların təşviqi departamentinin direktoru Vüsal Abbasov Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edib. Niderlandın təqdimatını isə bu ölkənin İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin nümayəndəsi Fred van der Meer keçirib. Hollandiyanın iqtisadi və əməkdaşlıq imkanlarını göstərən film nümayiş etdirilib.

Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Qeyd edək ki, bir qədər sonra tədbirə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Niderland Krallığının baş nazirinin müavini Maksim Verhagenin qatılacağı gözlənilir. Görüşün sonunda Azərbaycan və Niderland arasında “Sərmayələrin təşviqi və qorunması haqqında saziş” layihəsinə dair bəyanatın, Azərbaycan Diplomatik Akademiyası ilə Maastrix İdarəetmə Mərkəzi arasında “Biznesin idarəedilməsi sahəsində anlaşma memorandumu”, Azərbaycan Dövlət Aqrar Universiteti və Hollandiyanın süd məhsullarının emalı üzrə “Friesian” konsaltinq şirkəti arasında “Biznesin idarəolunması üzrə magistr kurslarının və eksperimental fermaların inkişaf etdirilməsi üzrə anlaşma memorandumu”, Bakı Şəhər İcra Hakimiyyəti və Hollandiyanın “Bresser” şirkəti arasında “Füzuli küçəsində monumental evlərin köçürülməsi üzrə müqavilə”, Azərbaycanın ADEC şirkəti və Hollandiyanın “UN Studios” şirkəti arasında “Bakı Ağ Şəhər” layihəsində 10 min kv. metrlik ofis sahəsi üzrə texniki layihə” imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR