Azərbaycan və İndoneziya sahibkarları arasında əməkdaşlığa dair üç sənəd imzalanıb - FOTOSESSİYA

Azərbaycan və İndoneziya sahibkarları arasında əməkdaşlığa dair üç sənəd imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 sentyabr 2012 12:55 (UTC +04:00)
Forum çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa dair 3 sənəd imzalanıb. «APA-Economics»in məlumatına görə, forumda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İndoneziya Ticarət və Sənaye Palatası arasında, Azpromo ilə İndoneziya Ticarət və Sənaye Palatası arasında, eləcə də Azərbaycanın Gənc Sahibkarlar Şəbəkəsi ilə İndoneziyanın Gənc Sahibkarlar Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Azpromo-nun rəhbəri vəzifəsini icra edən Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib və İndoneziya şirkətlərini Azərbaycan sahibkarları ilə əməkdaşlığa dəvət edib. O bildirib ki, hər iki ölkənin iş adamları iqtisadiyyatın bir neçə sahəsinə, o cümlədən kənd təsərrüfatı, sənaye, qida sənayesi, mədənçıxarma sahəsinə maraq göstərir.
R.Məmmədovun sözlərinə görə, ötən ilin statistik göstəricilərinə əsasən, Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin həcmi 920 mln. ABŞ dollarına yaxın olub. «Azərbaycanla İndoneziya arasında iqtisadi və siyasi əməkdaşlıq yüksək səviyyədədir. Bu gün keçirilən biznes forum gələcəkdə bu əlaqələrin daha da genişlənməsini və inkişafını stimullaşdıracaq», - deyə R.Məmmədov qeyd edib.

Tədbirdə iki ölkənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, Azərbaycanın biznes mühiti və investisiya potensialına dair təqdimat keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR