Niderland bankı ABŞ-a rekord həcmdə cərimə ödəməyə razılaşıb

Niderland bankı ABŞ-a rekord həcmdə cərimə ödəməyə razılaşıb
# 13 iyun 2012 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. Niderlandın ING bankı ABŞ hökumətinə 619 mln. dollar cərimə ödəməyə razılaşıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu, bank tərəfindən üçüncü tərəfə münasibətdə sanksiya rejiminin pozulmasına görə ödənilən ən irihəcmli cərimədir.

ABŞ Ədliyyə Nazirliyi adı çəkilən kredit təşkilatını qanunsuz olaraq 1,6 mlrd. dollar vəsaitin köçürülməsində ittiham edib. Pullar ABŞ bankları vasitəsilə “qara siyahı”da yer alan ölkələrdə, o cümlədən İran və Kubadan olan müştərilərin hesablarına köçürülüb. Üstəlik, ING bununla bağlı informasiyaları gizlədib.

ABŞ Ədliyyə Nazirliyi ABŞ-dan Niderlan vasitəsilə İrana mal ixrac edən holland şirkətlərindən birinin fəaliyyətini araşdırarkən ING-nin izinə rast gəlib. Bank ciddi və qəbuledilməz qanun pozuntusuna yol verdiyini etiraf edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın sanksiyalarını pozan daha üç bank (“Credit Suisse”, “Barclays” və “Lloyds”) cərimələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR