Azərbaycanda havaların pisləşməsi dəmir yolu nəqliyyatının fəaliyyətinə təsir göstərməyib

Azərbaycanda havaların pisləşməsi dəmir yolu nəqliyyatının fəaliyyətinə təsir göstərməyib
# 20 fevral 2012 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ərazisində havaların yenidən kəskin soyuması ölkənin dəmir yolu nəqliyyatının fəaliyyətinə təsir göstərməyib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, havaların kəskin dəyişməsinə baxmayaraq, dəmir yolu nəqliyyatı normal rejimdə fəaliyyət göstərir: «Həm daxili, həm də beynəlxalq marşrutlar üzrə reyslər qrafikə uyğun yerinə yetirilir və heç bir gecikmələr müşahidə olunmur. Eyni zamanda, yük qatarlarının gedib-gəlməsi normal rejimdə həyata keçirilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR