Rusiya Ermənistana təbii qaz nəqlini 24%-dən çox artırıb

Rusiya Ermənistana təbii qaz nəqlini 24%-dən çox artırıb
# 19 oktyabr 2012 13:18 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya Ermənistana təbii qaz nəqlini ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% artırıb.

APA-Economics”in “ArmRosqazprom” QSC-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, hesabat dövründə Ermənistana 1,322 mlrd. kubmetr qaz nəql olunub.

İllik müqayisədə Ermənistanda əhali tərəfindən təbii qaz istehlakı 11,8% artaraq 396,2 mln. kubmetr təşkil edib. Enerji sektorunda qaz istehlakı 42% (132,5 mln. kubmetr), sənaye sektorunda isə 4,2% (181,1 mln. kubmetr) artıb.

Doqquz ayda digər istehlakçılar tərəfindən qaz istehlakı 7,1% azalaraq 114,1 mln. kubmetrə enib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR