Avropa Komissiyası “TRACECA 2012” investisiya forumu keçirib

Avropa Komissiyası “TRACECA 2012” investisiya forumu keçirib
# 29 fevral 2012 10:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Dünən Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə “TRACECA 2012” investisiya forumu keçirilib.

APA-Economics”in xəbərinə görə, forum Avropa Birliyi (AB) və Mərkəzi Asiya arasında nəqliyyat infrastrukturunun inkişafına investisiyaların cəlb olunması məqsədi daşıyıb.

Forumda çıxış edən AB-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle Qara dənizi və Xəzər dənizini Çinlə əlaqələndirməyə imkan verəcək effektiv nəqliyyat sisteminin inkişafının vacibliyini vurğulayıb: “Ölkələr bu layihələrin reallaşdırılmasından faydalana, Avropa Birliyi ilə ticari-iqtisadi münasibətlərdə öz potensiallarını reallaşdıra bilərlər”.

Qeyd edək ki, AB nəqliyyat sisteminin inkişafı, əməyin təhlükəsizliyinin yüksəldilməsi, regionda ticarətin effektivliyinin 170 mln. avroya qaldırılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi məqsədilə indiyədək 80 layihəni maliyyələşdirib. İlk analoji investisiya forumu 2010-cu ildə Brüsseldə keçirilib.

Xatırladaq ki, TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi AB ilə onun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı tərəfdaş ölkələri arasında nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq əməkdaşlıq proqramıdır. Daimi katibliyi Bakıda yerləşən proqram çərçivəsində əməkdaşlıq dəniz nəqliyyatı, aviasiya, avtomobil və dəmir yolu nəqliyyatı, nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunması kimi sahələri əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR