Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 10 aprel 2012 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Buzovna Avtomatik Qazpaylayıcı Stansiyasına gedən magistral qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR