Zaqatala rayonunda 82 yaşlı qadın dəm qazından zəhərlənib

Zaqatala rayonunda 82 yaşlı qadın dəm qazından zəhərlənib
# 26 fevral 2012 15:33 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda 82 yaşlı qadın dəm qazından zəhərlənib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə bu gün Zaqatala şəhərində qeydə alınıb. 1930-cu il təvəllüdlü, Zaqatala şəhər sakini Lətifova Səfiyyə Novruz qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib. 82 yaşlı S. Lətifova Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, S. Lətifovanın vəziyyəti ağırdır, hazırda həkimlər onu xilas etməyə çalışırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR