Azərbaycan prezidenti İlham Əliyev Buyar Nişanini Albaniya prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Buyar Nişanini Albaniya prezidenti seçilməsi münasibətilə təbrik edib
# 18 iyun 2012 16:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Albaniyanın yeni seçilmiş prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Albaniya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR