Yaxın aylarda Quba-Qusar yolunda yeni körpü istifadəyə veriləcək

Yaxın aylarda Quba-Qusar yolunda yeni körpü istifadəyə veriləcək
# 17 oktyabr 2012 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəryolservis» ASC Quba-Qusar yolunda Quruçay üzərindəki körpünün tikintisini davam etdirir.

«APA-Economics»in ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, Quba-Qusar yolunun 7-ci km-də qəzalı vəziyyətə düşən körpünün yerində müasir körpünün tikintisi sürətlə davam etdirilir. Uzunluğu 42 metr, qabariti 11,5 metr nəzərdə tutulan körpüdə piyadaların gediş-gəlişi üçün eni 1 metr olan səkilər də olacaq. Yeni inşa olunan körpüdə artıq 2 dayağın təməli, 1 dayağın isə gövdəsi betonlanıb. Yaxın aylarda istifadəyə verilməsi gözlənilən körpünün ətrafında nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti yol salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR