ACP və ALDP Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxıblar

ACP və ALDP Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxıblar
# 23 iyul 2012 12:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə qərar ALDP-nın İdarə Heyətinin toplantısında verilib. Toplantıda partiyanın 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı müzakirə olunub və qərara gəlinib ki, ALDP-nin bu seçkidə fəal iştirak etməsi üçün Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmalıdır.

ACP-nın sədri Sülhəddin Əkbər isə APA-ya bildirib ki, onun təmsil etdiyi partiya da Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmaqla bağlı qərar qəbul edib: “Partiyanın bu qurumda fəaliyyətini dayandırması ilə bağlı qərar var. Lakin bu addımın səbəblərinin əks olunduğu mətn hazırda hazırlanır və yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq”. S. Əkbər partiyanın bu müqavimət hərəkatından çıxmasının detalları haqda danışmaq istəmədiyini də qeyd edib.

Qeyd edək ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu il yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu tərəfindən təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR