“Bakı-2020” nümayəndə heyəti namizəd şəhərlərin seçiləcəyi Kvebek toplantısına yola düşüb

“Bakı-2020” nümayəndə heyəti namizəd şəhərlərin seçiləcəyi Kvebek toplantısına yola düşüb
# 21 may 2012 10:57 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya veridyi məlumata görə, həmin tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçildiyini elan edəcək.

Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini, “Bakı-2020” Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildir.

A. Rəhimov səfər ərəfəsində bildirib ki, 2020-ci il Olilmpiya Oyunlarına ev sahibliyi üçün Bakının rəsmi namizəd statusu alacağına ümid edirlər: “Biz Beynəlxalq Olimpiya Komitəsinə güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanan sifariş kitabını təqdim etmişik. Təqdim etdiyimiz kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunub. Biz öz namizədliyimizlə Olimpiya Oyunlarının idmana, əhalinin sağlam həyat tərzinin və yaşayış keyfiyyətinin inkişafına yönəlmiş ciddi sərmayə olacağını və həmçinin, gələcəkdə oyunların səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik. Biz beynəlxalq Olimpiya hərəkatına sırf idman tələbatına əsaslanan oyunların təşkili modelini təklif edirik. Bu o deməkdir ki, bizim sifariş kitabımızda əks olunan olimpiya infrastrukturuna əsasən bütün idman müəssisələri Olimpiya Oyunlarından sonra da həm ölkəmizin, həm də regionumuzun idmançılarının istifadəsində olacaq. Bizim təklif etdiyimiz model əslində Olimpiya Oyunlarına gələcək ev sahibləri üçün real və səmərəli investisiya nümunəsidir.”

“Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva isə deyib ki, Bakı idman üçün ideal iqlim şəraitinə, gözəl dənizkənarı buxtaya və zəngin tarixə malikdir: “Hazırda bir sıra ölkələrin ciddi maliyyə böhranı ilə üzləşməsinə baxmayaraq, Azərbaycan dünyada ən stabil və sürətlə inkişaf edən iqtisadiyyata malikdir. “Bakı-2020” namizədliyinin müsbət cəhətlərini görməmək mümkün deyil. Oyunlardan sonra Azərbaycana qalacaq idman mirası bir neçə nəsil idmançıların inkişafına böyük təkan verəcək. Bizim Olimpiya Oyunlarına iddiamız Azərbaycanda hamı tərəfindən dəstəklənir. Kvebekdə toplanan beynəlxalq idman ictimaiyyətinə xalqımızın ümid və arzularını çatdıracaq. Ümid edirik ki, son yeddi ay ərzində bu məqsədlə gördüyümüz işlərin nəticəsi müsbət olacaq və 2020 Oyunlarına ev sahibliyi mübarizəsində Bakı növbəti mərhələyə keçəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR