Azərbaycan Türkiyəyə müqavilədə nəzərdə tutulandan daha artıq qaz göndərməyə başlayıb

Azərbaycan Türkiyəyə müqavilədə nəzərdə tutulandan daha artıq qaz göndərməyə başlayıb
# 11 fevral 2012 14:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu “Anadolu” agentliyinə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki nümayəndəsi Kənan Yavuz deyib.

K. Yavuz Azərbaycanda son 110 ilin ən kəskin qış şərtlərinin yaşandığını, şaxta səbəbiylə Xəzərin sahil zolağında 400 metrə qədər olan hissənin donduğunu, bunu da qaz quyularında texniki nasazlığa gətirib çıxardığını söyləyib. O, Türkiyəyə nəql edilən qazın kəsilməsinə səbəb olan nasazlığın ciddi çalışmalarla aradan qaldırıldığını və fevralın 9-dan etibarən qaz verilməsinə yenidən başlandığını açıqlayıb: “Xəzər dənizinin donmasından qaynaqlanan texniki problem həll olundu. İndi Azərbaycandan gündə 16 milyon kubmetr qaz verilir. Müqaviləyə əsasən gündə 12 milyon qaz verilməlidir və hazırda bundan daha artıq qaz göndərilir. Borunun maksimal daşıma gücü gündə 18 milyon kubmetrdir. Boruda təzyiq yüksəldikcə qaz nəqlini bu səviyyəyə qədər artırmaq planlaşdırılıb”.

K. Yavuz baş verən nasazlığın Azərbaycanın özündə də problemlər yaratdığını və ölkənin bəzi bölgələrinə qaz verilməsində fasilələr yarandığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR