Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 28 avqust 2012 15:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəssisədə Cinayət Məcəlləsinin 120.1, 181.2.1, 234.1 və digər maddələrlə cəza çəkən Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü Dadaşov Vüsal Bəybala oğlunun yanına gəlmiş Hüseynov Zaur Heydərli oğlunun gətirdiyi sovqata baxış keçirilib. Həmin vaxt 0, 975 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR