Suriya Türkiyə ilə hərbi münaqişəyə başlamaq istəmədiyini bəyan edib

Suriya Türkiyə ilə hərbi münaqişəyə başlamaq istəmədiyini bəyan edib
# 09 oktyabr 2012 19:25 (UTC +04:00)
Bakı-APA. Suriya Türkiyə ilə hərbi münaqişəyə başlamaq fikrində deyil. Bu barədə bu gün Suriya XİN rəsmisi Cihad Makdesi bəyan edib. Makdesi Suriya ordusunun hazırda özünümüdafiə vəziyyətində olduğunu və terrorçuların hücumlarını dəf etdiyini yazıb.

«Əllərinə silah götürən şəxslər bu yolla öz məqsədlərinə nail ola bilməyəcəklər. Biz onları buna inandırmağa çalışırıq», deyə Makdesi bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR