Azərbaycanın Almaniyadakı fəxri konsulu “Azərsu” ASC-də görüş keçirib - FOTO
27 iyun 2012 13:57 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser “Azərsu” ASC-də olub.
“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, ASC sədri Qorxmaz Hüseynovun fəxri konsulla görüşündə su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun idarə olunması, hidrotexniki qurğuların tikintisi, içməli su və çirkab suların laborator analizlərinin ən son texnologiyaya uyğun aparılması üçün yerli mütəxəssislərin Almaniyada təcrübə mübadiləsi əsas müzakirə mövzusu olub.
Bakıda və regionlarda reallaşdırılan içməli su və kanalizasiya layihələrində ən son texnologiyaların tətbiq olunduğunu qonağın diqqətinə çatdıran Q.Hüseynov kadr potensialının gücləndirilməsi istiqamətində də işlərin görüldüyünü bildirib: “Azərsu” ASC-nin Təlim Tədris Mərkəzi yaradılmışdır. Mərkəz tərəfindən təşkil olunan treninqlərdə xarici mütəxəssislər təlim keçir. Kadr potensialının gücləndirilməsi üçün gənc mütəxəssislərin xarici ölkələrə, o cümlədən Türkiyə və Almaniyaya ezam olunmasını planlaşdırırıq. Bu gün Gəncə və Şəki şəhərlərində içməli su və kanalizasiya layihələri Almaniyanın KfW Bankının krediti hesabına reallaşdırılır. Üstəlik, bu şəhərlərdəki, eləcə də digər layihələrimizdə Almaniya şirkətlərinin avadanlıqlarından istifadə olunur. Bunları nəzərə alsaq, mütəxəssislərimizin Almaniyada təcrübə keçməsi olduqca faydalıdır”.
Fəxri konsul Otto Hauser azərbaycanlı mütəxəssislərin Almaniyanın Ştutqart şəhərində “RBC Wave Gmbh” şirkətində təlim keçməsi ilə bağlı ilkin danışıqlar apardığını və sentyabr-oktyabr aylarında 10 nəfərlik ilk qrupun təlimlərə başlaya biləcəyini bildirib: “50 ildən artıqdır su təchizatı və kanalizasiya xidmətləri sahəsində ixtisaslaşmış “RBC Wave Gmbh” şirkəti tərəfindən Azərbaycanlı mütəxəssislərə emal və istismar prosesində ən son texnoloji avadanlıqlarla təlimlər keçiriləcək. Növbəti mərhələdə almaniyalı mütəxəssislər təlim keçmək üçün Bakıya gələcək və bu zaman ilk qrupda təmsil olunan mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq”.

İnfrastruktur
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024
Kəlbəcərdə velosiped yolları salınacaq
11:54
3 may 2024
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq
11:52
3 may 2024