Azərbaycanda iyunun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda iyunun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
# 05 iyun 2012 15:24 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 3-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 5-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
İyun ayının 3-də ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR