«DəmirBank»ın Yasamal filialı yeni ofisə köçüb

«DəmirBank»ın Yasamal filialı yeni ofisə köçüb
# 26 iyul 2012 13:52 (UTC +04:00)
Bakı - APA-Economics. «DəmirBank»ın Yasamal filialı yeni ünvanda fəaliyyət göstərəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Bəsti Bağırova küç., 607-609-cu məhəllə ünvanında (Pediatriya İnstitutu (OMD) və Dövlət Statistika Komitəsinin yaxınlığında) yerləşən Yasamal filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

“DəmirBank” filial şəbəkəsinin inkişafı üçün bir çox davamlı işlər həyata keçirir. Bank son 2 ilə yaxın müddətdə 9 filialını yeni ofislərə köçürüb və daha 2-3 filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat ofislərə köçürülməsi, yeni korporativ üslubda interyer tərtibat və təmir işləri Bankın müştəri xidmətinin keyfiyyətinə verdiyi önəmi əks etdirir”, – deyə İdarə Heyəti Sədrinin I müavini Mərdan Şıxəliyev bildirib.

Hazırda “DəmirBank”ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR