Bakı polisi paytaxtda iki silahlı şəxsi zərərsizləşdirib

Bakı polisi paytaxtda iki silahlı şəxsi zərərsizləşdirib
# 18 fevral 2012 11:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı polisi paytaxtda iki silahlı şəxsi zərərsizləşdirib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hacı Əliyevdən sandıqçasında 3 ədəd patronu olan «Makarov» tipli tapança aşkar olunaraq götürülüb.

Bundan başqa Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Seymur Zeynalovdan sandıqçasında 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR