Qubada yol qəzası baş verib - FOTO

Qubada yol qəzası baş verib - <font color=red>FOTO</font>
# 16 oktyabr 2012 06:51 (UTC +04:00)
Quba. Vəli Turan-APA. Dünən axşam saatlarında Quba-Xaçmaz yolunun 1-ci kilometrində, Quba rayonun Alekseyevka kəndi ərazisində minik maşını ilə “KamAz” markalı yük maşını ilə toqquşub. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 23 yaşlı Quba şəhər sakini Xəyyam Məmmədovun idarə etdiyi 40 BH 154 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı nəqliyyat vasitəsi Xaçmazdan Quba istiqamətdə hərəkətdə olarkən qarşıdan gələn 22 yaşlı Quba şəhər sakini Fuad Abdullayevin idarə etdiyi “KamAz” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə, qəza “Vaz 2106” markalı avtomobilin sürücüsünün avtomobili sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR