AMEA Rəyasət Heyəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkili haqqında sərəncam verib

AMEA Rəyasət Heyəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkili haqqında sərəncam verib
# 05 oktyabr 2012 14:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkili haqqında sərəncam verib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,
sərəncamda tərcümə sahəsində elmi-texniki nailiyyətlərin əks olunması və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkil edilməsi məqsədilə AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə Tərcümə Mərkəzinin işinin təmin olunması üçün tərcüməsi nəzərdə tutulan əsərlərdən ibarət təkliflər paketinin hazırlanıb bir həftə ərzində AMEA Rəyasət Heyətinə təqdim edilməsi və təkliflər hazırlanarkən əsərlərin elmi-nəzəri, ədəbi-estetik əhəmiyyəti nəzərə alınmaqla onların orijinalının və tərcümə olunacaq dillərin ədəbiyyat siyahısında əksini tapmasına diqqət yetirilməsi tapşırılıb.

Qeyd edək ki, ölkə prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamı ilə respublikada müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR