Allahşükür Paşazadə: “Ermənilər soyqırıma məruz qaldıqlarını iddia edirlər, amma soyqırım Xocalıda törədilib”

Allahşükür Paşazadə: “Ermənilər soyqırıma məruz qaldıqlarını iddia edirlər, amma soyqırım Xocalıda törədilib”
# 23 fevral 2012 08:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfransda QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O, fevralın sonunun Azərbaycan xalqı üçün ağır günlər olduğunu söyləyib.

A. Paşazadə bildirib ki, bu faciə Azərbaycan dövlətçiliyini, dövlətin müstəqilliyini gözü götürməyən qüvvələrin işidir: “Mən Xocalı soyqırımı ilə bağlı kadrların olduğu filmə baxanda çox pis oluram. Amma bu, bizim xalqımızı əyməməlidir. Baxmayaraq ki, ermənilər özlərinin soyqırıma məruz qaldığını iddia edirlər, amma soyqırım Xocalıda törədilib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR