® “Zəfəran” apteklər şəbəkəsi Xocalı faciəsi qurbanlarının ailələrinə humanitar yardım aksiyasında iştirak edəcək - FOTO

<font color=red>® </font>“Zəfəran” apteklər şəbəkəsi Xocalı faciəsi qurbanlarının ailələrinə humanitar yardım aksiyasında iştirak edəcək - <font color=red>FOTO</font>
# 24 fevral 2012 08:00 (UTC +04:00)
Şəbəkədən “APA-Economics”ə verilən məlumata görə, 27-28 fevral tarixində Qızıl Aypara Cəmiyyətinin Xocalı rayon Komitəsi Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının yataqxanalarında yaşayan Xocalı faciəsi qurbanlarının 150 ailəsinə ərzaq məhsullarının paylanmasını təşkil edəcək.

Belə aksiyalar Qızıl Aypara Cəmiyyəti tərəfindən hər il keçirilir. Bu il xeyriyyə aksiyasında “Zəfəran” apteklər şəbəkəsi də iştirak edəcək. Qeyd edək ki, bu günlərdə şirkət humanitar sahədə səmərəli əməkdaşlığa görə Qızıl Aypara Cəmiyyətindən fəxri fərman alıb.

“Xatırladaq ki, “Zəfəran” 2008-ci ilin dekabr ayında Bakıda və Azərbaycanın digər regionlarında təsis edilmiş apteklər şəbəkəsidir. Hazırda “Zəfəran” apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində təmsil olunur və buraya 60-dək aptek daxildir. Müxtəlif imkanlı alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir.

“Zəfəran” apteklər şəbəkəsi Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR