BMT: NATO aviazərbələri nəticəsində Liviyada 60 dinc sakin həlak olub

BMT: NATO aviazərbələri nəticəsində Liviyada 60 dinc sakin həlak olub
# 02 mart 2012 23:45 (UTC +04:00)
Bakı-APA. NATO aviazərbələri nəticəsində Liviyada 60 dinc sakin həlak olub, daha 55 nəfər isə yaralanıb. BMT-nin Liviyada hərbi cinayətlər və insan haqlarının pozulmasını araşdıran komissiyasının hesabatında belə deyilir.

«NATO-nun 20 araşdırılmış hücumundan komissiya 5 hücum zamanı 60 dinc sakinin öldürüldüyünü, 55 nəfərin isə yaralandığını müəyyən edib», deyə hesabatda bildirilir.

Digər iki hava zərbəsi nəticəsində heç bir hərbi dəyəri olmayan mülki infrastruktura ziyan vurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR