İranda xristianlığı qəbul etmiş 10 nəfər həbs olunub

İranda xristianlığı qəbul etmiş 10 nəfər həbs olunub
# 11 fevral 2012 00:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şiraz şəhərində xristianlığı qəbul etmiş 10 nəfər həbs olunub. APA-nın məlumatına görə, onlar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının bir evdə yaradılmış kilsəyə hücumu zamanı tutulub. Hazırda onların harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur. Onlardan bir neçəsi xristianlığı yeni qəbul etmiş insanlar olub və ibadət etmək üçün bir yerə toplaşıblar. Həbs olunan şəxslərdən birinin adının Müctəba Hüseyni olduğu açıqlanıb. Bu şəxs 2008-ci ildə də tutulmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR