Bakıda balıqçı gəmisində partlayış baş verməsi ilə bağlı cinayət işi açılıb

Bakıda balıqçı gəmisində partlayış baş verməsi ilə bağlı cinayət işi açılıb
# 16 fevral 2012 16:29 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, fevralın 16-da saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan “Mərdəkan” balıqçı gəmisində partlayış baş verib.

Dərhal hadisə yerinə FHN-in Baş Prokurorluğun rəhbər heyəti gəlib, eyni zamanda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmaqla qısa zaman ərzində gəmidə baş vermiş yanğın tam söndürülüb. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi və Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə yerində 4 nəfərin - 1964-cü il təvəllüdlü gəmi kapitanı Hacı Xanbutayev, 1965-ci il təvəllüdlü matros Maarif Ağayev, mexanik Sahib Beydullayev və 1960-cı il təvəllüdlü qaynaqçı Mehman Hacıyevin meyitləri aşkarlanaraq müayinə olunması üçün məhkəmə-tibb ekspertlərinə təqdim edilib.

Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR