Azərbaycan paytaxtında üç nəfər bıçaqlanıb

Azərbaycan paytaxtında üç nəfər bıçaqlanıb
# 04 fevral 2012 08:34 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə fevralın 2-si saat 22:40 radələrində paytaxtın Naxçıvanski küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Ravil İbrahimov, Sədi Əliyev və Rəşad Adıgözəlov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Şəki şəhər sakini Fariz Əhmədov fevralın 3-də yaxalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR