Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,9% enib
# 06 mart 2012 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 963 bəndədək, S&P 500 0,4% - 1 364 bəndədək, Nasdaq 0,9% - 2 951 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə makroiqtisadi göstəricilər təsir edib. O cümlədən, ölkədə sənaye sifarişlərinin yanvar ayında əvvəlki aya nisbətən 1% azalması barədə məlumat bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb.

Avropa fond bazarlarında martın 5-də FTSE 100 indeksi 0,6% - 5 875 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 867 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 488 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 702,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3196 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR