Leysan yağışları və sel Daşkəsən rayonuna ciddi ziyan vurub - YENİLƏNİB

Leysan yağışları və sel Daşkəsən rayonuna ciddi ziyan vurub - <font color=red>YENİLƏNİB</font>
# 29 iyun 2012 10:11 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov-APA. Dünən Azərbaycanın qərb bölgəsinə güclü yağıntı düşüb. Daşkəsən rayonunda leysan xarakterli yağışlar günorta saatlarından başlayaraq gecəyə kimi davam edib. Daşkəsən rayonu fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, leysan yağışları və yağış nəticəsində yaranmış sel suları rayonu ərazisində kənd yollarına ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində rayonun Qabaqtəpə, Xoşbulaq və Mollahəsənli kəndləri ərazisində su keçidləri və körpülərə ziyan dəyib, Xoşbulaq kəndində evlərin zirzəmilərinə su dolub. Fövqəladə hallar komissiyası hazırda leysan yağışları və sel nəticəsində rayona dəymiş zərəri hesablayır, təbii fəlakətin nəticələri aradan qaldırılır.

Təbii fəlakət itkisiz də ötüşməyib. Dünən axşam 21.00 radələrində rayonun Zağlı kəndi ərazisindəki yaylaqda qoyun otaran 21 yaşlı İmranov Şəhrəman İmran oğlu ildırım vurması nəticəsində dünyasını dəyişib. Laçın rayonunda məcburi köçkün olan Şəhrəman İmranov Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yaşayıb, Daşkəsən rayonuna mövsümi ilə əlaqədar gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR