Əbülfəs Qarayev Dünya İqtisadi Forumunda iştirak edəcək

Əbülfəs Qarayev Dünya İqtisadi Forumunda iştirak edəcək
# 01 iyun 2012 13:59 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionu üzrə “Keçid dövründə olan regionların əlaqələndirilməsi” adlı Dünya İqtisadi Forumunun xüsusi iclasında iştirak edəcək. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 4-dən 6-na kimi keçiriləcək forum, inkişaf naminə əməkdaşlıqları genişləndirmək üçün dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın siyasət və biznes liderlərini bir araya gətirəcək.

Dünya İqtisadi Forumu öz 42 illik tarixində ilk dəfədir ki, Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionuna həsr edilmiş xüsusi iclas keçirir. Ə. Qarayevin “Mədəniyyət sosial dəyişiklik üçün bir vasitə” adlı sessiyada çıxış etməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR