Elçinin əsəri əsasında hazırlanmış yeni tamaşaya ictimai baxış keçirilib - FOTO

Elçinin əsəri əsasında hazırlanmış yeni tamaşaya ictimai baxış keçirilib - <font color=red>FOTO</font>
# 10 fevral 2012 15:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərlərindən səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşasına ictimai baxış keçirilib. APA-nın məlumatına görə, yazıçının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapıb.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdi, ədəbi məsləhətçisi Rafiq Rəhimlidir. Tamaşada rolları xalq artisti Ağaxan Salmanlı, əməkdar artist Nübar Novruzova, aktyorlar Nuriyyə Əliyeva, Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Sərvər Əliyev, Elşən Çarhanlı, Eşqin Quliyev, Şəbnəm Hüseynova, Anar Seyfullayev, Nəsibə Eldarova, İradə Rəşidova, Roza İbadova, Xanna Əliyeva, Günay Zeynallı, Fidan Abbasova, Aytac Nəzərova, Xalidə Əliməmədova, Natiq Fərzəliyev və başqaları ifa ediblər. İki hissəli komediya personajların başına gələn maraqlı hadisələri, insanların rəngarəng talelərini özündə əks etdirir.

Qeyd edək ki, tamaşanın premyerası fevralın 18-19-da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR