Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçirilir - FOTO
10 mart 2012 11:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda 14 ölkəni təmsil edən 45-dən çox xarici ali təhsil müəssisəsinin iştirakı ilə növbəti beynəlxalq təhsil sərgisi açılıb. APA-nın məlumatına görə, sərgidə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin əməkdaşlıq etdiyi Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Rumıniya, ABŞ, Türkiyə və digər ölkələrin universitetləri iştirak edir. Sərgi zamanı tələbələrə xaricdə təhsil imkanları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar barədə məlumat verilir.
http://apa.az/admin/news.php?action=edit&id=253843
Sərgi çərçivəsində bir sıra seminarlar da keçiriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlərdə tələbələr üçün nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.
Türkiyənin “Akare İnternational Education Fairs” şirkəti tərəfindən təşkil edilən sərgi sabah da davam edəcək.

Sosial
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olunub - FOTO
15:40
22 may 2024