AMEA-da Nizami irsinin tədqiqi və təbliğinə dair elmi seminar keçirilib

AMEA-da Nizami irsinin tədqiqi və təbliğinə dair elmi seminar keçirilib
# 06 iyul 2012 09:54 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə “Nizami irsinin tədqiqi və təbliğinə dair” mövzusunda elmi seminar keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda “Nizami irsinin tədqiqi və təbliğinə dair”, “Nizami A. Krımskinin tədqiqatlarında”, “Nizami Gəncəvi yaradıcılığında qadına münasibət”, “Nizami Gəncəvi irsinə Məhəmməd Əmin Rəsulzadənin münasibəti”, “Nizami Gəncəvi yaradıcılığında peripatetik ideyalar” və s. mövzularda məruzələr dinlənilib.

Seminar çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR