TQDK sədri: “Azərbaycanda daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”

TQDK sədri: “Azərbaycanda daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”
# 07 mart 2012 08:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında dərsliklərdə müxtəlif səhvlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, səhvlərə daha çox rus bölməsi üzrə dərsliklərdə rast gəlinir: “Çünki Azərbaycan dilində olan mövcud səhvlərə tərcümə səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzər saldıqda görürük ki, daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”.

TQDK sədri səhvlərin “Abituriyent ” jurnalının I sayında dərc edildiyini qeyd edib: “Bu səhvləri açıqlamaqda məqsədimiz kiminsə səhvini göstərmək deyil. Sadəcə, biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə, imtahanda səhv etməsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR