17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının təbliği məqsədilə Bakıda konsert keçiriləcək

17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının təbliği məqsədilə Bakıda konsert keçiriləcək
# 29 iyun 2012 13:31 (UTC +04:00)
Bakı-APA. İyulun 6-da, saat 21:00-dan 23:00-dək “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin təbliğatı məqsədilə Bakıda Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında konsert təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, konsertdə tanınmış müğənnilər Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin dostu Çingiz Mustafayev və almaniyalı müğənni Okeaniya, həmçinin futbol fristaylerləri çıxış edəcəklər. Konsert “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, həmin gün Beynəlxalq Muğam Mərkəzində “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin püşkatma mərasimi də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR