Avrozonada işsizlik növbəti rekorda çatıb

Avrozonada işsizlik növbəti rekorda çatıb
# 01 iyun 2012 15:06 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin aprel ayında avrozonada işsizlik səviyyəsi növbəti rekord səviyyəyə çataraq 11% təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Birliyinin Statistika Qurumu (“Eurostat”) açıqlama yayıb.

Martda bu göstərici 10,9% olub. Apreldə İtaliyada işsizlik səviyyəsi 10,2%-ə çatıb ki, bu da 2004-cü ildən bəri rekord göstərici sayılır.

İspaniya (24,3%) və Yunanıstan (21,7%) işsizlik səviyyəsinə görə avrozonanın liderləri olaraq qalır. Avstriyada bu göstərici 3,9%, Lüksemburq və Hollandiyada 5,2%-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR