Gürcüstan Azərbaycanın əmək və sosial müdafiə sahəsində təcrübəsini öyrənir - FOTOSESSİYA

Gürcüstan Azərbaycanın əmək və sosial müdafiə sahəsində təcrübəsini öyrənir - <font color=red>FOTOSESSİYA</font>
# 23 iyul 2012 12:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər üzrə nazir müavini İrakli Nadareyşvili və məşğulluq nazirinin müavini Nikolaz Ramişvili Azərbaycana səfər edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahəsində əldə olunan təcrübənin öyrənilməsi məqsədi daşıyır. Gürcüstanın hər iki nazir müavini ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İlqar Rəhimov və Natiq Məmmədov, nazirliyin Aparat rəhbəri Elnur Kələntərov arasında görüş keçirilib. Görüşdə bildirib ki, bu gün iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı getdikcə güclənir. Xüsusən də regional və ümumən beynəlxalq əhəmiyyətli iri iqtisadi layihələrin icrasında Azərbaycan və Gürcüstan çox fəal əməkdaşlıq həyata keçirirlər.

Görüşdə qeyd edilib ki, Gürcüstan əmək və əhalinin sosial müdafiəsi, həmçinin məşğulluq sahəsində islahatlar aparan bir ölkədir və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlər və mövcud təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan
məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib, eyni zamanda ünvanlı sosial yardım, aktiv sosial tədbirlər, məşğulluq və əməyin mühafizəsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR