Göygöl rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib

Göygöl rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib
# 16 mart 2012 16:49 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Bu gün Göygöl rayonunda Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi regionunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak edib. Tədbirdə çıxış edən fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin əvvəlindən 406 investisiya layihəsinin maliyyələşməsinə 41,3 milyon manat güzəştli kredit verilib. Kreditlərin 984 min manatı Gəncə-Qazax iqtisadi rayonunda əsasən sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm və digər sahələrə ünvanlanıb.

Tədbirin gedişində müvəkkil kredit təşkilatları tərəfindən Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 597 min manat güzəştli kredit təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR