Azay Quliyev: “Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı məsələsi sadələşdirilməlidir”
06 mart 2012 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev verib. A. Quliyev bildirib ki, bu gün QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilikdə münbit şərait yaradılıb, dövlət qeydiyyatı ilə bağlı məsələdə isə müəyyən təkmilləşdirməyə ehtiyac var.
O, bununla əlaqədar təkliflərini irəli sürdüyünü də söyləyib: “İlk növbədə ictimai təşkilatların dövlət qeydiyyatına alınması müddətinə yenidən baxılmalıdır. Çünki müddətlə bağlı QHT-lərin ciddi narazılıqları var. Eyni zamanda QHT-lərin qeydiyyatı prosesinin Bakıda həyata keçirilməsi də bir sıra problemlər yaradır. Belə ki, bu prosesin regional mərkəzlərdə həyata keçirilməsi də mümkündür. Çünki vətəndaşlarımız bölgələrdən bir neçə yüz kilometrlərlə paytaxta gəlir, lazımsız yerə vaxt və pul sərf edirlər. Yaxşı olar ki, qeydiyyat məsələsi regional şəkildə həyata keçirilsin və proses bir ay ərzində başa çatsın”.

Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024