DİN Azərbaycanda bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb

DİN Azərbaycanda bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb
# 22 mart 2012 09:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə -APA. Daxili İşlər Nazirliyi (DİN) Şabran rayonunda baş verən dəhşətli yol qəzası barədə məlumat açıqlayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 21.00 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində kənd sakini Niyətəli Əlibabayevin idarə etdiyi "VAZ-21074" və Rəhimli kənd sakini Sərxan Ələsgərov idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub. Nəticədə N. Əlibabayev və sərnişinləri - arvadı Telli və 2 yaşlı oğlu Elmir hadisə yerində dünyasını dəyişib. Xəsarət almış S. Ələsgərov və sərnişinləri Namiq Poladov, Rədxan Həmzəyev və Kamran Paşayev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR